EHİM-in hesabat videosu təqdim olunub

EHİM-in hesabat videosu təqdim olunub
  14 İyun 2019    Oxunub:3738
Elektron Hökumətin İnkişafı Mərkəzi fəliyyətinin 1 illiyi ilə bağlı videoçarx hazırlayıb.
Azvision.az xəbər verir ki, videoçarxda Mərkəz tərəfindən reallaşdırılan “myGov”, “e-gov”, “ASAN Viza”, “ASAN ödəniş”, “ASAN Login”, “ASAN Wifi” layihələri haqqında məlumat verilib. Həmçinin Mərkəz tərəfindən hazırlanaraq aidiyyatı qurumlara təhvil verilmiş Elektron satınalmalar sistemi, Lisenziyalar və icazələr portalı, Elektron kənd təsərrüfatı portalı, ekspertizadan keçirilməsi tələb olunan tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi sistemi kimi layihələr əks olunub.



“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 mart 2018-ci il tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.

Mərkəz tərəfindən 1 il ərzində çoxsaylı layihələrin yaradılması və mövcud layihələrin inkişaf etdirilməsi istiqamətində bir sıra işlər görülüb.

Azvision.az



Teqlər: EHİM  





Xəbər lenti