“Son zəng” günü məktəb direktoru döyülüb? - Açıqlama

“Son zəng” günü məktəb direktoru döyülüb? -   Açıqlama
  14 İyun 2019    Oxunub:4331
İmişli şəhər 1 saylı orta məktəbin direktoru Akif Möhsümovun məzunlar tərəfindən döyülməsi barədə yayılan informasiya yalandır.

Bunu Azvision.az -a açıqlamasında İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev deyib. Şöbə müdiri bildirib ki, bu gün İmişli rayonun ümumtəhsil məktəblərinin hər hansı birində insident olmayıb.
“Bu gün bütün məktəb direktorlarından məlumat almışam və bir çox məktəblərdə “son zəng” tədbirlərində iştirak etmişəm. “Son zəng”lə bağlı məktəblərdə xoşagəlməz hadisə baş verməyib. Müxtəlif informasiya mənbələrində yayılan məlumatlar yalandır”, - deyə şöbə müdiri vurğulayıb.

Qeyd edək ki, bəzi KİV-lərdə yayılan məlumata görə, bu gün İmişli rayonunda dərs ilinin başa çatması münasibəti ilə keçirilən tədbirdə şəhər 1 saylı orta məktəbin direktoru Akif Quliyevlə məktəbi bitirən şagirdlər arsında əlbəyaxa dava baş verib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Direktor   Məktəb  





Xəbər lenti