Azərbaycanlılar Fuad Abbasovun həbsinə etiraz etdilər
Azvision.az Report-a istinadən xəbər verir ki, soydaşlarımız aksiyaya Fuad Abbasovun fotoları ilə qatılıblar.
Qeyd edək ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi F.Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə şikayəti təmin etməyib.
Moskva vilayətinin Korolyov şəhərindəki miqrantlar məntəqəsində saxlanılan F.Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. O, iki dəfə öz hesabına bilet alsa da, jurnalisti Azərbaycana deportasiya etməyiblər.
Azvision.az
Teqlər: Rusiya Fuad-Abbasov Aksiya