“Düşmənə artıqlaması ilə cavab verilib, etiraf edəcəklər” - Nazir

 “Düşmənə artıqlaması ilə cavab verilib, etiraf edəcəklər” -    Nazir
  18 İyun 2019    Oxunub:2798
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ermənistanın müdafiə naziri David Tonoyanın azərbaycanlı əsgərin öldürülməsi əmrini verməsinə münasibət bildirib.

Azvision.az -ın məlumatına görə, Müdafiə naziri bildirib ki, Tonoyanın bəyanatı ucuz siyasi xal toplamaq üçündür:
"Onların orduları çox zəifdir və çalışırlar ki, bu cür yollarla ucuz siyasi xal toplasınlar. Mən onun səviyyəsinə düşmək istəmirəm, o yalan danışır, özünü nümayiş etdirir. Onlar cavablarını bir neçə qat artıq aldılar. Üstündən bir neçə gün keçəndən sonra etiraf edəcəklər"

Nazir qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münqaqişəsini sülh yolu ilə həll etməyə çalışır: “Ancaq bu, olmasa, biz digər yola əl atacağıq".

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Zakir-Həsənov   Müdafiə-Nazirliyi  





Xəbər lenti