Zelenski Putinə demək istəyir: “Krım Ukraynanındır”

Zelenski Putinə demək istəyir:  “Krım Ukraynanındır”
  18 İyun 2019    Oxunub:3280
Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyi təqdirdə söhbətə hansı sözlə başlayacağını açıqlaylb.

Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Zelenski görüşə “Donbass və Krım Ukraynanındır” cümləsi ilə başlayacağını bildirib. O, yarımadanın Ukraynaya qayıdacağına ümidvar olduğunu, Krımı sevdiyini və əvvəllər ora tez-tez getdiyini deyib.
Bundan öncə isə Zelenski Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə və genişləndirməyə çağırıb. Prezident Ukraynaya sülhü diplomatik yollarla gətirə biləcəyinə əmindir.

Aprelin sonunda Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, Zelenski ilə Minsk sazişləri və Donbassda vəziyyətinin həll edilməsi mövzusuna dair diskussiya aparmaq istəyir.

Ukraynalı lider isə əvvəlcə Putinlə təkbətək görüşmək niyyətində olmadığını desə də, sonra Rusiya tərəfi ilə danışıqlar aparmağa hazır olduğunu vurğulayıb. O, həmçinin əlavə edib ki, “Ukrayna ilə təhdid dilində danışmaq olmaz”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Zelenski   Putin   Krım   Ukrayna   Donbas  





Xəbər lenti