Ötən il 33 şəhər və rayona büdcədən pul ayrılmayıb

 Ötən il 33 şəhər və rayona büdcədən pul ayrılmayıb
  18 İyun 2019    Oxunub:1949
Ötən il yerli gəlirlərin yüksək icra səviyyəsi bir sıra rayonlar üzrə mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitlərin proqnozlaşdırılmış məbləğlə müqayisədə az olmasına səbəb olub.
2018-ci ilin dövlət büdcəsinin gəlirləri proqnozlaşdırıldığı kimi, Bakı şəhəri istisna olmaqla ölkənin 33 şəhər və rayonu üzrə xərclər isə dövlət büdcəsindən vəsait almadan öz gəlirləri hesabına təmin edilib.

Azvision.az Hesablama Palatasının rəyinə istinadən xəbər verir ki, qalan 32 regionun gəlir və xərclərini tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 70 milyon 575 min manat məbləğində proqnoza qarşı 56 milyon 2 min manat və ya 79,4 faiz səviyyəsində yerinə yetirilib.

Füzuli, Zərdab və Zaqatala rayonları istisna olmaqla digər rayonlar üzrə gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən vəsaitlər proqnozlaşdırıldığından daha az həcmdə ayrılıb.

Azvision.az



Teqlər: Hesablama-Palatası   Rayon   Şəhər   Büdcə  





Xəbər lenti