Pensiyalar artırılır - Minimum 200 manat olacaq

  19 İyun 2019    Oxunub : 4277
Pensiyalar artırılır - Minimum 200 manat olacaq
“Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən Azərbaycanda minimum pensiyanın məbləği 2019-cu ilin oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq.
Azvision.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.

Nazir müavini deyib ki, təxminən 25 faiz artım nəzərdə tutulur və bu artım 700 minə yaxın insanı əhatə edəcək. Onun sözlərinə görə, 1 oktyabr 2019- ci il tarixdən etibarən ölkədə 200 manatdan aşağı minumum pensiya alan vətəndaş olmayacaq. 200 manatdan yuxarı pensiya alanların isə pensiyasında dəyişiklik edilməyəcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi daxil olub.

Azvision.az

Teqlər: Pensiya   Artım