“Son 15 ildə maaşlar 7 dəfə artıb” - Nazir müavini

 “Son 15 ildə maaşlar 7 dəfə artıb” -  Nazir müavini
  19 İyun 2019    Oxunub:2138
Ölkəmizdə son 15 ildə orta aylıq əməkhaqqı 7 dəfə artıb. Son 5 ildə isə əməkhaqqının orta artım tempi 5 faizi ötüb.

Azvision.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.
Nazir müavini qeyd edib ki, bu gün ölkə üzrə orta aylıq əmək haqqı 544 manatdır və həyata keçirilən islahatdan sonra bu rəqəm daha da artacaq:

"Orta aylıq əməkhaqqını MDB ölkələri ilə manatın alıcılıq qabiliyyəti indeksi üzrə müqayisə etdikdə, həmin indeks üzrə 2 və 3-cü yeri bölüşürük. Bu da olduqca yüksək göstəricidir".

Azvision.az


Teqlər: Əməkhaqqı   Nazir-müavini  





Xəbər lenti