Din xadimləri birgə "Vəhdət namazı" qılıblar - Fotolar

Din xadimləri birgə "Vəhdət namazı" qılıblar -    Fotolar
  19 İyun 2019    Oxunub:3563
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Vəhdət dəyərimizdir” layihəsi çərçivəsində Zaqatala rayonunda həyata keçirilən və 18-20 iyun tarixlərini əhatə edən seminar öz işini davam etdirir.
Mənəvi Dəyərlərin Təbliği Fondundan Azvision.az -a verilən məlumata görə, seminar çərçivəsində Bakı, Sumqayıt şəhərlərindən və Abşeron, Zaqatala, Balakən, Qax rayonlarından olan din xadimləri Zaqatala rayonu Yuxarı Tala kənd məscidində birgə namaz qılıblar.



Seminarın ikinci günündə AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibovun “İslam tarixində məzhəblərarası münasibətlər və vəhdət məsələsi”, Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müdir müavini, ilahiyyat üzrə fəlsəfə doktoru Anar Qurbanovun "İslamda vəhdətə fiqhi baxış" mövzusunda mühazirələri dinlənilib.



İyunun 19-da və 20-də seminar iştirakçıları üçün Heydər Əliyev adına xatirə parkı, Heydər Əliyev Mərkəzi, Zaqatala qalası, Dədə Qorqud meydanı, Əliabad Cümə məscidi və Əliabad İslam Mədrəsəsi ilə tanışlıq, Car kənd məscidinin ziyarət edilməsi nəzərdə tutulub.




Azvision.az


Teqlər: Namaz   Din   İslam  





Xəbər lenti