Putin canlı yayıma çıxır - 1 milyondan çox sual var

 Putin canlı yayıma çıxır -    1 milyondan çox sual var
  20 İyun 2019    Oxunub:2770
Bu gün Rusiya prezidenti Vladimir Putin canlı efirdə vətəndaşların suallarını cavablandıracaq.
Azvision.az xəbər verir ki, indiyədək vətəndaşlardan bir milyondan çox sual qəbul olunub. Canlı yayım üçün televiziya kanalları üç saat vaxt ayırıb.

Putinin canlı efiri Bakı vaxtı ilə saat 13:00-da başlayacaq və “Rossiya 1”, “Rossiya 24”, “Birinci Kanal”, “NTV”, “OTR”, “MİR” telekanalları, “Mayak”, “Vesti FM” və “Radio Rossiyi” radiostansiyaları vasitəsilə yayımlanacaq.

Qeyd edək ki, 2018-ci ildə Rusiya prezidentinin canlı yayımı 4 saat 20 dəqiqə davam edib. Həmin vaxt 2 milyona yaxın müraciət daxil olub, Putin onlardan 73-nü cavablandırıb.

Azvision.az



Teqlər: Rusiya   Putin  





Xəbər lenti