Zelenski kabinetini jurnalistlərə göstərdi: “Burada dəli olacağam” - (VİDEO)

Zelenski kabinetini jurnalistlərə göstərdi:  “Burada dəli olacağam” - (VİDEO)
  20 İyun 2019    Oxunub:13368
Ukrayna prezidenti Vladimir Zelenski Prezident Administrasiyasındakı kabinetində jurnalistlərlə görüşüb.

Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Zelenski iş otağını jurnalistlərə göstərib. “Burada oturmaq olmaz, burada dəli olacağam”-, Zelenski söhbət zamanı KİV nümayəndələrinə deyib.
O, bildirib ki, kabinetinin digər otağında bir “zarafat” var və jurnalistlərə ona baxmağı tövsiyyə edib. Məlum olub ki, söhbət Zelenskinin iş otağındakı bərbər kreslosu və əlüzyuyulan yerdən gedir.

"Bu, məzəli bir şeydir”, - deyən Zelenski əlavə edib ki, həmin otaqdan istifadə etməyəcək, çünki evində də duş qəbul etmək mümkündür.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna   Zelenski  





Xəbər lenti