Rus turistləri daşıyan avtobus aşdı: 18 yaralı

  20 İyun 2019    Oxunub : 873
Rus turistləri daşıyan avtobus aşdı: 18 yaralı
Türkiyənin Marmaris rayonunda rusiyalı turistləri daşıyan mikroavtobus yük maşını ilə toqquşub.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 18 nəfər yaralanıb. Marmarisdən Ortacaya birgünlük tura gedən mikroavtobus sağ zolağa keçmək istəyən yük maşınına çırpılıb.

Mikroavtobus yol kənarındakı dərəyə aşıb. Qəzada 3-ü uşaq olmaqla 15 turist, bir tur rəhbəri və sürücülər yaralanıb. Yaralılar Marmaris Dövlət Xəstəxanasına aparılıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Tuist