Gürcüstanda etirazlar: Spikerin Bakı səfəri davam edir
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan parlamenti rəsmi açıqlama yayıb.
Qeyd edək ki, bu gün Gürcüstanda parlament binası önündə etiraz aksiyası keçirilir. Etirazçılar Kobaxidzenin istefasını, eləcə də növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.
Gürcüstanın Daxili İşlər Nazirliyi etirazçılara xəbərdarlıq ünvanlayaraq parlament ərazisini tərk etmələrini tələb edib. Əks halda qanun çərçivəsində etirazların qarşısının alınacağı bildirilib.
Azvision.az