Bələdiyyə sədri 2500 manat cərimələndi

  Bələdiyyə sədri 2500 manat cərimələndi
  21 İyun 2019    Oxunub:1550
11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində tullantıların qalaqlandığı və düzgün idarə olunmadığı aşkar edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, faktla bağlı əraziyə cavabdeh Zığ qəsəbə bələdiyyəsinin sədri Kənan Nəsrullayev barəsində protokol tərtib edilib və ona inzibati qaydada 2500 manat məbləğində cərimə tətbiq olunub.

Tullantıların qısa vaxt ərzində təmizlənməsi və gələcəkdə düzgün idarə olunması tələbi ilə bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Azvision.az



Teqlər: ETSN   Bələdiyyə   Sədr   Cərimə  





Xəbər lenti