“Shagman” piyada keçidinə çırpılıb - FOTOLAR

  21 İyun 2019    Oxunub : 1051
“Shagman” piyada keçidinə çırpılıb - FOTOLAR
Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 18-ci kilometrliyində baş vermiş avtomobil qəzası nəticəsində yol təsərrüfatına ziyan dəyib.
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, “Shagman” markalı 99-DF-915 dövlət nömrə nişanlı yük maşını Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yerüstü piyada keçidinə çırpılıb.

Qəza zamanı yerüstü piyada keçidi və içərisində olan lift sıradan çıxıb. Hazırda qəzanın fəsadları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tərəfindən aradan qaldırılır.









Azvision.az

Teqlər: Qəza