“300 manat alanlar üçün 15 manat böyük məbləğdir” - Deputat

   “300 manat alanlar üçün 15 manat böyük məbləğdir” -    Deputat
  21 İyun 2019    Oxunub:1880
“Azərbaycanda pensiyaçılar yalnız “Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı”nın bankomatlarından vəsait çıxara bilirlər. Digər bankların bankomatlarından vəsait çıxardıqda müəyyən faizlər tutulur. Ola bilər, tutulan vəsait yüksək maaşı olan insanlar üçün kiçik məbləğdir. Lakin 200-300 manat alanlar üçün bu 10-15 manat böyük məbləğdir”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, bütün dünyada pensiyaçılar, müharibə veteranları, əlillər istənilən bankomatdan pul çıxarır, lakin heç bir əlavə rüsum tutulmur.

“Niyə Azərbaycanda belədir, bilmirəm. Azərbaycan Prezidenti bankların vəziyyətinin yaxşılaşdırılması ilə bağlı da sərəncam imzalayıb. Hesab edirəm ki, bu məsələni həll etmək lazımdır. Bankomatların hamısına bu tipli şərait yaradılmalıdır. 32 bankın heç olmasa 20-nə icazə vermək lazımdır ki, faizsiz vəsait çıxarılması mümkün olsun”.

Azvision.az



Teqlər:





Xəbər lenti