Məktəbdə "3" alanların imtahan nəticələri: 0-90 bal

Məktəbdə "3" alanların imtahan nəticələri:  0-90 bal
  21 İyun 2019    Oxunub:1460
"Tam orta məktəbi bütün fənlərdən "3" qiymətlə başa vuran məzunların 95,36 faizinin qəbul imtahanındakı nəticələri çox zəif, 0-90 bal intervalında olub".
Azvision.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilib.

Bildirilib ki, "5" qiymətlə bitirən məzunların yalnız 52,03 faizi attestat qiymətlərini doğrulda bilib: "Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir. Obyektiv qiymətləndirmə aparılsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır. İndiki halda isə ali təhail müəssisələrinə qəbul zamanı attestat qiymətləri nəzərə alınaraq bunun əsasında abituriyentin nəticələrinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan "əlaçəlar" öz bilikləri hesabına bal toplayanları sıxışıdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər. Digər tərəfdən bu addımın subyektivliyə bir qədər də yolaçamayacağına zəmanət vermək çətindir. Odur ki, biz məktəb və qəbul göstəriciləri arasında yüksək korrelyasiya (r> 9) olmayanadək attestat qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı deyilik".

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM   Qiymət  





Xəbər lenti