Gürcüstanda aksiyada 240 nəfər yaralanıb, 89-u polisdir

  21 İyun 2019    Oxunub : 1517
Gürcüstanda aksiyada 240 nəfər yaralanıb, 89-u polisdir
Ötən gün Gürcüstanın paytaxtı Tbilisidə parlament binasının qarşısında keçirilən etiraz aksiyasında 240 nəfər yaralanıb. Onlardan 89 nəfəri polis əməkdaşıdır.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Səhiyyə nazirnin müavini Zaza Boxua bildirib. Onun sözlərinə görə, hazırda paytaxt xəstəxanalarında 102 nəfər var.

Nazir müavini qeyd edib ki, İnqorokva klinikasına 46 nəfər gətirilib, onlardan 35-i evə buraxılıb, 11 nəfər müalicə olunur. Bir nəfərin vəziyyəti ağırdır, iki yaralı üzərində cərrahi əməliyyat aparılıb.

Qeyd edək ki, dünən Rustaveli prospektində minlərlə insan rusiyalı deputatların Gürcüstana səfərinə etiraz edərək aksiya keçirib. Hökumətin istefasını tələb edən aksiya iştirakçıları ilə polislər arasında qarşıdurma yaşanıb. Polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Gürcüstan   Aksiya   Etiraz