İşğalçı ölkədə daha bir etiraz - Sakinlər yolu bağladı

İşğalçı ölkədə daha bir etiraz -  Sakinlər yolu bağladı
  21 İyun 2019    Oxunub:1908
Ermənistanın Lori vilayətinin Şnox və Texut kəndlərinin sakinləri “Texut” mədən şirkətinə gedən yolu bağlayıblar.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar şirkətin yerli sakinləri işə götürməklə bağlı vədinə əməl etmədiyini deyiblər. Bu səbəbdən bir qrup şəxs şirkət rəhbərliyi ilə görüş tələb edib.

Hadisə yerinə polis əməkdaşları və Şnox-Karkop-Texut icmasının rəhbəri David Qumaşyan gəlib. O, şirkət rəhbərliyi ilə görüşü və qaldırılan məsələni bazar ertəsinə kimi həll edəcəyinə söz verib. Amma bu vədlər etirazçıları qane etməyib və yağışa baxmayaraq, onlar aksiyaya davam ediblər.

Aksiyadan bir gün sonra Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, "Texut"da işlər bərpa olunub və bir neçə yüz nəfər işə qəbul olunub.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ermənistan   Etiraz  





Xəbər lenti