Mədət Quliyev nazirliyin kollektivinə təqdim olundu

  21 İyun 2019    Oxunub : 1341
 Mədət Quliyev nazirliyin kollektivinə təqdim olundu
Azərbaycanın yeni Müdafiə Sənayesi naziri Mədət Quliyev nazirliyin kollektivinə təqdim edilib.

Yeni naziri kollektivə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov təqdim edib. Bununla da Mədət Quliyev Müdafiə Sənayesi naziri kimi səlahiyyətlərinin icrasına başlayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin olunub.

Xatırladaq ki, Müdafiə Sənayesi Nazirliyi 2005-ci ildə yaradılıb. Müdafiə Sənayesi naziri Yavər Camalov 2018-ci ilin iyunun 23-də uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib. Son bir ildə Müdafiə Sənayesi naziri vəzifəsini nazir müavini Yəhya Musayev icra edib. (Report)

Azvision.az

Teqlər: MSN