İkinci Avropa Oyunlarının açılışından FOTOLAR

   İkinci Avropa Oyunlarının açılışından  FOTOLAR
  22 İyun 2019    Oxunub:3246
Belarusun paytaxtı Minskdə ikinci Avropa Oyunlarının açılış mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, açılış mərasimi “Dinamo Arena”da baş tutub. Mötəbər tədbirin açılışında bir sıra ölkələrin dövlət və hökumət başçıları iştirak ediblər.

İyunun 30-dək davam edəcək II Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı mübarizəyə qoşulub. Atletlər idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, tarixdə ilk Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçirilib. Azərbaycan bu mötəbər idman yarışının təşkili üçün qalan 30 aylıq qısa müddətdə hazırlıq prosesini yüksək səviyyədə başa vuraraq Avropa Oyunlarının standartlarını müəyyənləşdirib.























Azvision.az


Teqlər: Belarus   Minsk   Avropa-Oyunları  





Xəbər lenti