“Ordumuz istənilən döyüş əmrini yerinə yetirməyə hazırdır” - Nizam Osmanov

  22 İyun 2019    Oxunub : 1875
 “Ordumuz istənilən döyüş əmrini yerinə yetirməyə hazırdır” - Nizam Osmanov
"Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Ordu quruculuğu sahəsində görülən işlər döyüş qabiliyyətini yüksəldib".
Azvision.az -ın məlumatına görə, bunu Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov Silahlı Qüvvələrin Hərbi Akademiyasının və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılış mərasimində çıxış edərkən deyib.

General bildirib ki, ən müasir silah və texnikaların alınması, mütəmadi təlimlərin keçirilməsi Azərbaycan Ordusunun döyüş qabiliyyətini daha da artırır:

"Bu gün Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır. Azərbaycan Ordusu və xalq arasında sarsılmaz birlik var. Xalq ordumuzu dəstəkləyir, xalq ordunun yanındadır".

Azvision.az

Teqlər: General   Ordu