Hədə-qorxu ilə 13 min manat istədi, polis saxladı

   Hədə-qorxu ilə 13 min manat istədi, polis saxladı
  22 İyun 2019    Oxunub:3362
İyunun 20-də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edən paytaxt sakini A.Qasımov 2018-ci il oktaybr ayının 15-də hədə-qorxu yolu ilə ondan 13.000 manat pul tələb edildiyini bildirib.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini P.Kərimli A.Qasımovdan 1400 manat pul alarkən cinayət başında yaxalanıb.

P.Kərimli barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Polis  





Xəbər lenti