Narkotacirdən 2 kq-dan artıq marixuana götürülüb - FOTOLAR

 Narkotacirdən 2 kq-dan artıq marixuana götürülüb -    FOTOLAR
  22 İyun 2019    Oxunub:2145
Pirallahı Rayon Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, əməliyyat zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Salman Usmanov tutulub.



Onun üzərində şəxsi axtarış aparılan zaman əlindəki çantadan ümumi çəkisi 2 kiloqram 300 qram olan marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirib. Faktla bağlı S.Usmanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.



Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti