Doktoranturada oxuyanların 54, 8 faizi qadınlardır

   Doktoranturada oxuyanların 54, 8 faizi qadınlardır
  22 İyun 2019    Oxunub:2942
Bu il ölkədə 119 ali təhsil müəssisəsi və elmi təşkilatda 54,8 faizi qadın olmaqla 2626 doktorant təhsil alıb. Təhsil alanların 78,6 faizi fəlsəfə, 21,4 faizi isə elmlər doktoru proqramları üzrə oxuyub.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, təhsil alanların 36,1 faizi elmi müəssisə və təşkilatlarda, 63,9 faizi isə ali məktəblərdə yaradılmış doktoranturalarda oxuyub. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 32,6 və 67,4 faiz, elmlər doktoru proqramı üzrə isə 49,1 və 50,9 faiz olub. Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 50,3 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 23,7 faizi 40 yaşadək olan şəxslərdir.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2064 nəfərin 341-i iqtisad, 285-i filologiya, 230-u texnika, 171-i riyaziyyat, 167-si aqrar, 130-u tibb, 88-i siyasi, 82-si biologiya, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.

Doktorantlardan 88-i aqrar, 85-i filologiya, 66-ı iqtisad, 64-ü texnika, 53-ü kimya, 49-u biologiya, 24-ü tarix, 20-si yer elmləri, 17-si sənətşünaslıq, hər birində 16 nəfər olmaqla tibb və fizika, 64 nəfər isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.

2017-ci illə müqayisədə 2018-ci ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış 14,4 faiz artaraq 605 nəfər, elmlər doktoru proqramı üzrə isə 26,1 faiz artaraq 87 nəfər olub. Fəlsəfə doktoru proqramı üzrə qəbul olanların sayı 46,2 faiz, elmlər doktoru proqramı üzrə qəbul olanların sayı isə 27,9 faiz artıb və müvafiq olaraq 665 və 165 nəfər təşkil edib.

Bununla yanaşı, 2018-ci ildə fəlsəfə doktoru proqramı üzrə 808 dissertant təhkim olunub ki, onların da 66,7 faizini qadınlar təşkil edib. Elmlər doktoru proqramı üzrə təhkim olunmuş dissertantların sayı isə 139 nəfəri qadın olmaqla 286 nəfərə bərabərdir. Dissertantların əsas hissəsi tibb, iqtisad, filologiya, tarix, texnika və yer elmləri sahəsində təhkim olunub.

Azvision.az


Teqlər: Statistika   Doktorantura   Qadın   Təhsil  





Xəbər lenti