“Heç bir ölkə belə hadisələrdən sığortalanmayıb” - Eldar Əzizov

“Heç bir ölkə belə hadisələrdən sığortalanmayıb” - Eldar Əzizov
  23 İyun 2019    Oxunub:4101
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nizami rayonunda ticarət obyektində baş verən yanğınla əlaqədar hadisə yerinə gəlib.

Azvision.az -ın məlumatına görə, icra başçısı belə hadisələrin bütün ölkələrdə baş verdiyini bildirib.
Onun sözlərinə görə, yanğının səbəbləri obyektiv qaydada araşdırılacaq: "Heç bir ölkə belə hadisələrdən sığortalanmayıb. Nizami rayonunun paytaxtın digər rayonlarından fərqi burada ticarət obyektləri baxımından sıxlığın yüksək olmasıdır. Ona görə də gələcəkdə belə hadisələrdən sığortalanmaq üçün lazımi işlər görülür".

Qeyd edək ki, bu gün Nizami rayonunda "X-Lady" və "İzabel" mağazalarının yerləşdiyi ticarət obyektində yanğın baş verib.

Azvision.az



Teqlər: Eldar-Əzizov   Yanğın  





Xəbər lenti