Binəli Yıldırım səs verdi: “Mütləq doğru qərar veriləcək”

   Binəli Yıldırım səs verdi:    “Mütləq doğru qərar veriləcək”
  23 İyun 2019    Oxunub:3105
İstanbulda təkrar bələdiyyə seçkiləri davam edir.

Azvision.az xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım ailəsi ilə birlikdə səsvermə hüququndan istifadə edib.
O, Tuzladakı seçki məntəqəsinin ətrafında toplaşan vətəndaşlarla görüşüb.

"İstanbulu kimin idarə edəcəyinə istanbullular qərar verəcəklər. Sakinlərin verdiyi qərarın başımız üstündə yeri var. Mütləq ən doğru qərarı istanbullular verəcəklər. Buna qəlbən inanıram. İndi söz sahibi seçicilərdir. Seçkilərin nəticələri ölkəmiz üçün xeyirli olsun", - B.Yıldırım söyləyib.

Qeyd edək ki, İstanbulun bələdiyyə sədrliyi uğrunda əsas mübarizə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu arasında gedir.

Azvision.az



Teqlər: AKP   Binəli-Yıldırım   Seçki  





Xəbər lenti