Hidayət bürünc, Rüstəm isə gümüş medal qazandı - Yenilənib

Hidayət bürünc, Rüstəm isə gümüş medal qazandı -  Yenilənib
  23 İyun 2019    Oxunub:2444
Azərbaycan cüdoçusu Hidayət Heydərov Minskdə keçirilən ikinci Avropa Oyunlarında bürünc medal qazanıb.
Azvision.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız 3-cü yer uğrunda görüşdə gürcüstanlı Laşa Şavdatuaşvilini 51 saniyəyə ipponla məğlub edib.

***


Azərbaycan cüdoçusu Rüstəm Orucov ikinci Avropa Oyunlarının gümüş medalını qazanıb. 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız final görüşündə İsveç təmsilçisi Tommi Masiasa məğlub olub.

Azvision.az



Teqlər: Hidayət-Heydərov   Cüdo   Rüstəm-Orucov  





Xəbər lenti