Badamdar qəsəbəsində yanğın: FHN hadisə yerindədir

Badamdar qəsəbəsində yanğın:    FHN hadisə yerindədir
  23 İyun 2019    Oxunub:3226
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində quru ot, kol-kos və geniş ərazidə məişət tullantıları yanması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti