“Ermənistan etiraf etməsə də, Azərbaycanın ərazi bütövlüyünü tanıyır” - Məmmədyarov

“Ermənistan etiraf etməsə də, Azərbaycanın ərazi bütövlüyünü tanıyır” -    Məmmədyarov
  24 İyun 2019    Oxunub:2759
"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxmalıdır".
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, həmsədrlərin təklifinə əsasən yaxın 2-3 ay ərzində Ermənistanın XİN rəhbəri ilə növbəti görüş keçiriləcək:

"Bütün hallarda münaqişənin həlli üçün erməni qoşunları işğal olunmuş ərazilərdən çıxmalıdır. Digər məsələlər müzakirə oluna bilər. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistan etiraf etməsə də, Azərbaycanın ərazi bütövlüyünü tanıyır".

E.Məmmədyarov qeyd edib ki, bu məsələ Vaşinqtonda müzakirə olunub.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: XİN   Məmmədyarov   Ermənistan  





Xəbər lenti