“Azərbaycan beynəlxalq təşəbbüslərin fəal üzvüdür” - Xidmət rəisi

 “Azərbaycan beynəlxalq təşəbbüslərin fəal üzvüdür” -    Xidmət rəisi
  24 İyun 2019    Oxunub:1658
“Azərbaycan beynəlxalq təşəbbüslərin fəal üzvüdür və müxtəlif çoxsaylı fəaliyyətlər həyata keçirib”.

Azvision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov BMT-nin Dövlət Xidmətləri Forumunda keçirilən seminarda çıxışı zamanı deyib.
V.Hüseynovun sözlərinə görə, Azərbaycan 2001-ci ildən 2015-ci ilə qədər müddətdə ölkədə yoxsulluq səviyyəsini 50 faizdən 5 faizə qədər azaltmağa nail olub.

DMX rəisi dövlət xidmətlərinin əlaqələndirilmiş tətbiqində "ASAN xidmət" modelindən danışaraq qeyd edib ki, bu sistem müxtəlif dövlət qurumları ilə münasibətlərdə şəffaflığın artırılmasına öz töhfəsini verəcək: "Bizim dövlət qurumları ilə əlaqələndirilmiş yanaşmada əsas problemimiz onların fərqli bacarıqlarda olmasıdır. Buna görə də onlarda eyni bacarıqları formalaşdırmağa ehtiyac var. Biz dövlət xidmətləri sahəsində yeni nailiyyətlər gözləyirik”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: DMX   Vüsal-Hüseynov  





Xəbər lenti