Azərbaycanın kibertəhlükəsizlik strategiyası

  Azərbaycanın kibertəhlükəsizlik strategiyası
  24 İyun 2019    Oxunub:2186
“Rəqəmli transformasiyalar kibertəhlükəsizliyi ön plana çıxarır. Azərbaycan Avropa Şurasının kibercinayətkarlıq haqqında konvensiyasını imzalayıb və 2009-cu ildə bunu ratifikasiya edib”
Azvision.az xəbər verir ki, bunu BMT-nin Dövlət Xidmətləri Forumunda çıxış edən Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan özünün kibertəhlükəsizlik strategiyasını hazırlayır: “Ölkəmiz 2009-cu ildən fərdi məlumatların işlənməsi iıə bağlı konvensiyaya qoşulub. Bununla əlaqədar Cinayət və İnzibati Xətalar Məcəllələrinə müvafiq dəyişikliklər edilib. Azərbaycan hökuməti cari ilin iyunun 27-də qüvvəyə minməsi gözlənilən Avropa İttifaqının kibertəhlükəslik aktını yaxından izləyir və bu məsələyə xüsusi önəm verir. Hazırda hökumət tərəfindən “Azərbaycan Kibertəhlükəsizlik strategiyası”nın qəbul edilməsi üzərində iş aparılır. Fərdi məlumatların qorunması da hökumətin diqqət mərkəzindədir”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər:





Xəbər lenti