Azərbaycanda bal arıları kütləvi şəkildə məhv olur

  Azərbaycanda bal arıları kütləvi şəkildə məhv olur
  24 İyun 2019    Oxunub:2682
“Ölkəmizdə bal arıları kütləvi şəkildə məhv olur”
Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib. O bildirib ki, tarlalarda pestisid və herbisidlərdən istifadə arı ailələrinin kütləvi şəkildə qırılmasına səbəb olub.

“Ağsu rayonunda təcrübə-dayaq məntəqəsində 50-dən çox arı ailəmiz var. Orada elmi-tədqiqat işləri görülür və müqayisəli analizlər aparılır. Urbanik yerlərlə ekoloji təmiz yerlərdə arıların inkişafı öyrənilir. Kənd təsərrüfatının inkişafında sıçrayış var, yeni nar bağları salınıb, pambıq tarlaları əkilib. Tarlalarda həşaratlara qarşı pestisid və herbisidlərdən istifadə olunur. Arılar nektar yığarkən həmin pestisidləri yığırlar və ona görə də qırılırlar. Bu xoşgəlməyən hadisədir”.

E.Yusifov əlavə edib ki, arıların kütləvi şəkildə azalması son 2 ayda müşahidə olunur.

Aytən Zəhra
Azvision.az



Teqlər: Bal   Arı  





Xəbər lenti