Bakıda 19 yaşlı qız xəstəxanadan itkin düşüb

 Bakıda 19 yaşlı qız xəstəxanadan itkin düşüb
  25 İyun 2019    Oxunub:3063
Bakıda yeniyetmə qız xəstəxanadan itkin düşüb.
Azvision.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan Əhmədova Xatirə Ağalar qızı polisə müraciət edərək bildirib ki, iyunun 22-də qızı, 2000-ci il təvəllüdlü Əhmədli Nəzrin Asif qızı Sabunçu rayonu ərazisindəki 3 saylı Şəhər Klinik Xəstəxanasından bankomata getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az




Teqlər: Polis   Qız   Xəstəxana  





Xəbər lenti