Lenta.ru Azərbaycan xalqından üzr istədi

   Lenta.ru Azərbaycan xalqından üzr istədi
  25 İyun 2019    Oxunub:3007
Rusiyanın lenta.ru portalı Azərbaycan xalqından üzr istəyib.

Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, 23 iyun 2019-cu il tarixində “Lenta.ru” saytında Konstantin Dvoretskinin "Они заводят любовников втайне от мужа и хвастаются подругам" başlıqlı məqaləsi dərc olunub:

Qeyyd olunub ki, bununla bağlı aparılmış təxirəsalınmaz işlər nəticəsində sözügedən məqalə informasiya portalından çıxarılıb.

"Bundan əlavə, qeyd olunan saytda redaksiyanın Azərbaycan xalqından və Rusiyadakı Azərbaycan icmasının nümayəndələrindən üzr istəməsi, materialın xalqımızı təhqir etmək kimi bir məqsəd güdmədiyi haqda məlumat yerləşdirilib".

Azvision.az



Teqlər: Səfirlik   Rusiya   KİV   Məqalə  





Xəbər lenti