Koçaryan Paşinyanı kütləvi iğtişaşlarda ittiham edib

  25 İyun 2019    Oxunub : 1225
 Koçaryan Paşinyanı kütləvi iğtişaşlarda ittiham edib
Ermənistanın indiki baş naziri Nikol Paşinyan 2008-ci ilin mart ayında paytaxt İrəvanda baş vermiş kütləvi iğtişaşlara görə məsuliyyət daşıyır.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryan deyib. Onun sözlərinə görə, hazırki hakimiyyət öz günahını inkar edir və bunu Koçaryanın üstünə yıxmaq istəyir.

"Ermənistanın hazırkı Baş naziri 2008-ci ilin 1 martındakı kütləvi iğtişaşlara görə birbaşa məsuliyyət daşıyır. Onun təsəvvüründə günahkar mənəm", - deyə Koçaryan Paşinyanı ittiham edib.

Azvision.az

Teqlər: Koçaryan   Paşinyan   Ermənistan