BMT-nin Bakıdakı forumu davam edir - FOTOLAR

  BMT-nin Bakıdakı forumu davam edir -  FOTOLAR
  25 İyun 2019    Oxunub:2573
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Birləşmiş Millətlər Təşkilatının Bakıda birgə keçirdiyi BMT-nin Dövlət Xidmətləri Forumu davam edir.
Azvision.az xəbər verir ki, ötən gün start verilən forumun ikinci günündə panel iclasları təşkil olunub.

Qeyd edək ki, forum 2003-cü ildən etibarən 23 iyun – BMT-nin Dövlət Xidmətləri Günü ərəfəsində hər il təşkil olunur. Forumun keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual olan məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsidir.

Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirakı ilə nəzərdə tutulan builki Forumda BMT Baş katibinin müavini cənab Lui Zenmin, o cümlədən müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri iştirak edirlər.

Forumun Azərbaycan Respublikasında keçirilməsinə zəmin yaradan ən önəmli amillər ölkəmizdə dövlət xidmətləri sahəsində qazanılmış nailiyyətlər, “ASAN xidmət”in uğurlu fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri mükafatına layiq görülməsidir.



















Foto: Şahin Sərdarov
Azvision.az



Teqlər: ASAN-Xidmət   Forum   BMT  





Xəbər lenti