Azərbaycana hibrid avtomobillər gətiriləcək

   Azərbaycana hibrid avtomobillər gətiriləcək
  25 İyun 2019    Oxunub:2468
"Azərbaycan əhalisinin təxminən 40 faizi Bakı və Abşeron ərazisində yaşayır. Abşeron ərazisində yaşıllıq az olduğu üçün yeni ağacların əkilməsinə ehtiyac var"
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev BMT-nin Dövlət Xidmətləri Forumunda keçirilən seminarda çıxışı zamanı deyib.

Nazir bildirib ki, bunun üçün yeni su mənbələri axtarmalıyıq: "Abşeron coğrafi baxımdan səhra və yarımsəhradır. Burada suyun ənənəvi yolları olmadığı üçün su şəhər ətrafından gətirilir. Bu da qarşımızda duran ən vacib məsələlərdən biridir".

M.Babayev qeyd edib ki, hazırda Azərbaycana hibrid avtomobillərin gətirilməsi təşviq edilir: "Bununla da atmosferə atılan zərərli qazların təsirini azaltmaq istəyirik".

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Nazir   ETSN   Avtomobil   Muxtar-Babayev  





Xəbər lenti