Gürcüstan parlamentində dava düşdü - VİDEO

Gürcüstan parlamentində dava düşdü -    VİDEO
  25 İyun 2019    Oxunub:2522
Gürcüstan parlamentində deputatlar arasında dava olub.
Azvision.az xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında müxalif “Vahid milli hərəkat” və “Avropa Gürcüstanı” partiyalarının nümayəndələri vitse-spiker Tamara Çuqoşvilidən Tbilisidəki aksiya zamanı saxlanılan 305 etirazçının azadlığa buraxılmasını, həmçinin Daxili İşlər naziri Georgi Qaxariyanın istefasını tələb ediblər.

Çıxışlardan sonra iqtidar və müxalifət təmsilçiləri arasında əlbəyaxa dava düşüb. İnsidentlə əlaqədar iclasda fasilə elan olunub. Müxalif deputatlar iclası yarımçıq tərk ediblər.



Azvision.az



Teqlər: Gürcüstan   Deputat   Parlament   Dava  





Xəbər lenti