Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib - VİDEO

   Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib -    VİDEO
  25 İyun 2019    Oxunub:2249
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamına əsasən ali hərbi rütbələr verilən Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə görüşüb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nazirliyin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı və Müdafiə nazirinin müvafiq əmri təntənəli şəraitdə oxunduqdan sonra hərbi qulluqçulara ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib.

Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran Müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.



Azvision.az


Teqlər: General   Rütbə  





Xəbər lenti