Şoyqu Azərbaycan silahları ilə tanış olub

 Şoyqu Azərbaycan silahları ilə tanış olub
  25 İyun 2019    Oxunub:2843
Xəbər verdiyimiz kimi, iyunun 25-də Moskvada “Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində “ARMY-2019“ V Beynəlxalq Hərbi-Texniki Forumun açılışı olub.
Azvision.az xəbər verir ki, tədbiri Rusiya Federasiyası Baş nazirinin müavini Yuri Borisov açıb. Y.Borisov foruma qatılan nümayəndə heyətlərini salamlayıb və altı gün davam edəcək sərgidə hər bir iştirakçı dövlətə uğurlar arzulayıb. Açılışda müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.



Dünyanın ən böyük silah və hərbi texnika sərgilərindən birinə çevrilən bu forumda Müdafiə Sənayesi Nazirliyi ilk dəfə stendlə təmsil olunur. Milli paviliyonda nazirlik əsasən ixrac yönümlü məhsullarını - snayper tüfənglərini, avtomatları, tapançaları, hücum pulemyotlarını, qumbaraatanları, pilotsuz uçuş aparatlarını, minaatanları, müxtəlif çaplı döyüş sursatlarını və digər məmulatlarını nümayiş etdirir. Nümayiş etdirilən məmulatlar arasında xaricdə keçirilən beynəlxalq sərgiyə ilk dəfə çıxarılan məhsullar da var.

Sərginin ilk günü Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu, Taktiki Raket Silahları Korporsiyasının baş direktoru Baris Abnosov və “Rosoboroneksport” şirkətinin baş direktoru Aleksandr Mixeyev Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edib və nümayiş etdirilən məmulatlarla yaxından tanış olublar.



Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Rusiya Federasiyasının Taktiki Raket Silahları Korporsiyasının baş direktoru Baris Abnosovla görüşü olub.

Görüşdə hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, nazir müavini “Rosoboroneksport” şirkətinin baş direktoru Aleksandr Mixeyevlə də görüşüb.

Görüşdə birgə əməkdaşlıq layihələri haqqında geniş müzakirələr aparılıb, çərçivə sazişinin hazırlanaraq yaxın zamanlarda imzalanmasına dair razılıq əldə edilib.

Qeyd edəkki, “ARMY-2019” sərgisi işini iyunun 30-dək davam etdirəcək.

Azvision.az


Teqlər: Rusiya   Sərgi   Silah  





Xəbər lenti