Balıqqulağından çıxarılan infilyasiya nağılları - VİDEOBLOQ

  26 İyun 2019    Oxunub : 3701
 Balıqqulağından çıxarılan infilyasiya nağılları - VİDEOBLOQ
Bir neçə gün əvvəl Prezidentin sərəncamı ilə Azərbaycanda yenidən maaşlar artırıldı. Cəmi bir il ərzində minimum əməkhaqqının və pensiyaların iki dəfə artırılması sözün əsl mənasında inqilabi addımdır və gözlənildiyi kimi vətəndaşlar ölkə başçısının sərəncamını sevinclə qarşıladılar, öz minnətdarlıqlarını bildirdilər. Amma...
Bəli, əmması ondadır ki, özlərindən başqa heç kimi bəyənməyən, boğazdan yuxarı çıxışlardan savayı normal bir iş ortaya qoymağı bacarmayanlar "iqtisadçı" olub infilyasiyadan, devalvasiyadan dəm vurmağa başladılar. Sosial şəbəkələrdə canfəşanlıq göstərən bəzi boşboğazlar tutarlı səbəb gətirmədən maaş artımlarının guya əhalinin xeyrinə olmadığını, infilyasiyanın artacağını, üstəlik devalvasiyanın olacağını iddia etdilər.

2,1 milyon vətəndaşı əhatə edən sosial artımların insanlara ziyan gətirdiyini demək, ən yaxşı halda balıqqulağından infilyasiya çıxarmağa bənzəyir.

Bəs, bu balıqqulağından infilyasiya nağılları çıxaranlar kimlərdir?

Azvision.az -ın əməkdaşı Bəxtiyar Məmmədov mövzu ilə bağlı hazırladığı videobloqunda dezinformasiyaların kimlər tərəfindən yayıldığını açıqlayıb və onların yanlış fikirlərini faktlarla ifşa edib.



Azvision.az

Teqlər: Maaş   Artım   İnfilyasiya