FHN: "Zığda 2 evə qismən zərər dəyib" - VİDEO

  26 İyun 2019    Oxunub : 1495
 FHN: "Zığda 2 evə qismən zərər dəyib" - VİDEO
Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi yaxınlığında baş vermiş yanğın nəticəsində təqribən 6 ha ərazidə quru ot, kol-kos, ətrafa dağılmış tikinti materialları (istifadəyə yararsız), bəzi həyatyanı sahələr yanıb, 2 fərdi yaşayış evinə qismən zərər dəyib.
FHN-dən Azvision.az -a bildirilib ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülkü müdafiə qoşunlarının canlı qüvvəsi (120 nəfər) və texnikası (18 ədəd) cəlb edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.



Azvision.az

Teqlər: FHN   Zığ   Yanğın