Biləsuvar gömrük postu yaxınlığında yanğın olub

  26 İyun 2019    Oxunub : 715
Biləsuvar gömrük postu yaxınlığında yanğın olub
İyunun 26-da Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postu yaxınlığında yerləşən avtomobil dayanacağında yanğın hadisəsi baş verib.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı qısa zaman ərzində alınıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da dayanacağın ərazisində yerləşən bir neçə avtomobilə maddi ziyan dəyib. Hazırda müvafiq qurumlar tərəfindən yanğının başvermə səbəbləri araşdırılır.

Azvision.az

Teqlər: Yanğın   Gömrük   Post