Rusiyada təyyarə qəza enişi edib: Ölən və yaralılar var - (VİDEO)

  27 İyun 2019    Oxunub : 1290
 Rusiyada təyyarə qəza enişi edib: Ölən və yaralılar var - (VİDEO)
Rusiyanın Buryatiya Respublikasında An-24 sərnişin təyyarəsi qəza enişi edib.

Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub, 22 nəfər xəsarət alıb. Yaralılardan 15-ə ambulator tibbi yardım göstərilib, 7 nəfər xəstəxanaya yerləşdirilib. Ölənlərin hər ikisinin pilot olduğu bildirilir.
İlkin məlumata əsasən təyyarə uçuş-enmə zolağından 100 metr kənara çıxaraq binaya çırpılıb. Bundan sonra təyyarə yanmağa başlayıb.



Azvision.az

Teqlər: Rusiya   Təyyarə   Qəza