“Xəbər çıxdı ki, Rusiyadan gələnləri qarşılaya bilməyəcəyik”

  27 İyun 2019    Oxunub : 721
 “Xəbər çıxdı ki, Rusiyadan gələnləri qarşılaya bilməyəcəyik”
"Yalnız kəmiyyət cəhətdən turistlərin çoxalması yox, eyni zamanda keyfiyyət cəhətdən də məhsullarımızın artırılması gözləniləndir"
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib. O bildirib ki, həm cənub qonşumuz İran, həm də şimal qonşumuz Rusiya tərəfindən böyük təşəbbüslər göstərilir.

"Biz mütləq şəkildə onlardan istifadə etməliyik. Qarşımıza bəzi çətinliklər durur ki, onların öhdəsindən gəlməyə çalışacağıq, eyni zamanda bizim qarşımızda bir neçə əlverişli vəziyyət yaranıb. Onlardan da maksimum şəkildə yararlanmalıyıq".

F.Zenqstşmid əlavə edib ki, Sənaye Birliyi turizm sahəsini Bakıda və bölgələrdə qabağa aparacaq: "Yalnız bir yerdə olanda və birlik halında çalışanda, biz bütün bu problemləri həll edərək industriyanı və sənayeni qabağa apara bilərik. Bildiyimiz kimi dünən müvafiq bir vebsaytda xəbər çıxmışdı ki, biz Rusiyadan gələn qonaqları qarşılaya bilməyəcəyik, lakin mən elə hesab edirəm ki, bizim həm keyfiyyət cəhətdən, həm də bütün başqa cəhətlərdən onları qəbul etməyə şəraitimiz mövcuddur. Bizim üçün ən vacib olan şey müxtəliflikdir və bunun müqabilində həmin icraiyyə komitəsinin nəzdində bir neçə rəqib şirkətin nümayəndələrinin olması çox vacibdir, çünki bir yerdə onlar həmin sanayeni qabağa apara biləcəklər".

Aytən Zəhra
Azvision.az


Teqlər: FlorianZenqstşmid   Turizm