Turizm Agentliyi Vergilər Nazirliyinə təkliflər göndərib

  27 İyun 2019    Oxunub : 708
Turizm Agentliyi Vergilər Nazirliyinə təkliflər göndərib
Turizm sənayesinin formalaşdırılması, onlara dəstək göstərilməsi ilə bağlı təkliflər Vergilər Nazirliyinə təqdim olunub.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib. O bildirib ki, təkliflərdə həm vergilərdən azad olunma, bəzi hallarda subsidiyalara cəlb olunma, turizm şirkətləri, otellərə bağlı məsələlər əksini tapıb.

"Bunlar müzakirə mərhələsindədir. Hər bir sahə daha çox güzəşt əldə etmək istəyir. Dövlətin müəyyən siyasəti var və buna uyğun işlər görülür. Bu gün Agentlik və Vergilər Nazirliyinin mütəxəssisləri bu məsələlərin üzərində həssaslıqla işləyirlər ki, hansı məsələlər ümumi dövlət prinsiplərinə uyğun gəlir, hansılar yox. Burada müəyyən sahələrin ƏDV-dən azad olunması, bəzi məsələlərdə güzəştlərin, mövsümü vergilərin tətbiq edilməsi kimi təkliflər əksini tapıb. Vergilər Nazirliyi ilə danışıqlar aparılır və ilin sonuna qədər məsələlər həllini tapacaq", - deyə Aparat rəhbəti qeyd edib.

Aytən Zəhra
Azvision.az

Teqlər: Turizm   Agentlik   Vergilər-Nazirliyi