DİN turizm polisinin olmasına razılıq verib

  27 İyun 2019    Oxunub : 887
 DİN turizm polisinin olmasına razılıq verib
"Turizm polisinin yaradılması ilə bağlı məsələ Daxili işlər Nazirliyi ilə müzakirə olunur".
Azvision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.

Onun sözlərinə görə, burada söhbət sırf polis işçisinin olmasından yox, turistin istədiyi vaxt yardım ala biləcəyi şəxslərin olmasından gedir. Agentlik rəsmisi bildirib ki, artıq bununla bağlı razılıq əldə olunub.

K.Qasımov, həmçinin qeyd edib ki, şəhərin müxtəlif yerlərində turistlərə dəstək mərkəzləri yaradılacaq. Həmçinin dövlət qurumları vahid mərkəzdən turistlərə xidmət göstərəcəklər.

Aytən Zəhra
Azvision.az

Teqlər: DİN   Turist   Polis