1 milyonluq saatı oğurlanan şəxs Saleh Məmmədovun oğlu deyil - Rəsmi

   1 milyonluq saatı oğurlanan şəxs Saleh Məmmədovun oğlu deyil -    Rəsmi
  27 İyun 2019    Oxunub:26632
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun oğlu haqqında yayılan məlumatlara münasibət bildirib.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a daxil olan məlumatda qeyd olunub ki, ötən gün bəzi xarici media resurslarında İspaniyanın İbiza şəhərində 22 yaşlı Azərbaycanlı turistin 1 milyon funt sterlinq dəyərində saatının oğurlanması barədə məlumat yayılıb:

“Bu məlumatdan dərhal sonra ölkənin daxili və xarici siyasətinə, aparılan sosialyönümlü islahatlara kölgə salmaq məqsədi ilə mütəmadi olaraq iqtidara, iqtidarın vəzifəli şəxslərinə və ailələrinə qarşı sifarişli, yalan və böhtan dolu məlumatlar yayan müxalif yönlü qüvvələr bu gəncin guya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədlinin olduğu barədə yalan məlumatlar yayıblar. Bu yalan və cəfəngiyatdan başqa bir şey deyil.

Belə ki, Sübhan Məmmədli İspaniyanın İbiza şəhərində olmayıb, Londondakı King’s College-də təhsil almayıb. Bu məlumatları asanlıqla dəqiqləşdirmək mümkündür. Göründüyü kimi bu, müxalif yönlü qüvvələrin iqtidarı təmsil edən vəzifəli şəxslərlə bağlı şər və böhtan dolu məlumatlar yaymaqla ölkəmizin nüfuzunu beynəlxalq ictimaiyyət qarşısında aşağı salmaq kimi çirkin oyunlardan növbətisidir”.

Azvision.az



Teqlər: Saleh-Məmmədov  





Xəbər lenti