Təyyarədə bomba həyəcanı - Təcili eniş edildi

  27 İyun 2019    Oxunub : 879
 Təyyarədə bomba həyəcanı - Təcili eniş edildi
Hindistanın Munbai şəhərindən ABŞ-ın Newark bölgəsinə uçan "Boeing 777" tipli sərnişin təyyarəsi London Stanset hava limanına məcburi eniş edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Hindistan Hava Yollarına aid sərnişin təyyarəsində bomba yerləşdirilməsinə dair xəbərdarlıq olub.

Məlumata görə, təyyarə hava limanına eniş edərkən İngiltərə Müdafiə Nazirliyinə aid hərbi təyyarə onu müşaiyət edib.

Axtarışlar nəticəsində təyyarədə bomba olmasına dair xəbərdarlıq təsdiqini tapmayıb. Bundan sonra Stanset Hava Limanı öz işini bərpa edib.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Air-İndia   Bomba   Təyyarə